SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Elçin Cəfərov şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, ifaçı sosial şəbəkədə həyat yoldaşı Aydanla yeni fotosunu yayımlayıb. Evliliyinin 6 ili tamam olan Elçin paylaşımına bunları da əlavə edib:

"Bir bahardır, bir də sənsən, sizə olan sevgim biixtiyardır".

Qeyd edək ki, Aydanla Elçin 2016-cı il aprelin 25-də evləniblər. Onların Can adlı oğlu var. Aydan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının qızıdır. 

BAKU.WS