SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Əməkdar artist Rafael İsgəndərovun 50 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, bununla bağlı aktyorun övladları məlumat veriblər. Onlar sosial şəbəkə hesablarında atalarının doğum günündən lentə alınan fotoları paylaşıblar.

Fuadla Gülarə fotolara bu sözləri də əlavə ediblər:

"Bu gün atamın ad günüdür. Növbəti illərdə Xalq Artisti adına layiq görüləsən, inşallah. 50 yaşın mübarək! Uzun ömür cansağlığı arzu edirəm".

Qeyd edək ki, Rafael İsgəndərovun iki övladı var. Onun qızı Gülarə İsgəndərova evlidir, oğlu Fuad isə subaydır. O, blogerliklə məşğuldur.

BAKU.WS
QALEREYA