SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu, məşhur aktrisa Ancelina Colini tanıdığınızı düşünürsünüzsə, yəqin ki, yanılırsınız.

BAKU.WS Haber Global-a istinadla Coli haqqında heç vaxt eşitmədiyiniz bəzi təəccüblü faktları təqdim edir:

1. Ancelina Colinin əcdadına nəzər saldıqda onun hindlilərlə yanaşı fransız, alman, holland, slovak, ingilis və kanada kökləri var.

2. Ancelina Coli 2 il aktyorluq təhsili aldıqdan sonra təhsilini bitirmədən dayandırıb.

3. Gəncliyində Ancelina Coli "Star Trek"in əfsanəvi qəhrəmanı Dr. Spokun fanatı olub.

4. Son ehtimal olunan rəqəmlərə görə, Ancelina Colinin bədənində 12 döymə, bəzilərinə görə 13, bəzilərinə görə 14 döymə var. Colinin bəzi döymələrini sildirdiyi bildirilir.

5. Ancelina Colinin maraqlı kolleksiyaları var. Bıçaq kolleksiyası və kitabların ilk nəşrləri onlardan yalnız bir neçəsidir.

6. Ancelina Coli məcbur olmadıqca filmlərində dublyordan istifadə etmir. "Lara Croft"da o, səhnələrinin 80 faizində dublyordan istifadə etməyib.

7. O, Bred Pittən olan əkizlərinin fotoşəkillərini "People" və "Hello" jurnallarına 14 milyon dollara satıb.

8. Colinin vazkeçilməz bir qaydası var: qazandığının üçdə birini xərclə, üçdə birini bağışla və qalanına qənaət et.

9. Ancelina Coli həm də lisenziyalı pilotdur.

BAKU.WS