SİZİN REKLAM BURADA!
055 213 76 73


Kikboks üzrə altıqat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) “Survivor All Star”da yarışmağa davam edir.

BAKU.WS xəbər verir ki, yarışmanın ötən buraxılışında idmançıya ailəsi ilə danışmaq imkanı yaradılıb.

Pərviz həyat yoldaşı və oğulları Oğuzxanla Yusifin şəkilini görüncə göz yaşlarını saxlaya bilməyib. İdmançının həyat yoldaşı Səbinə Abdullayeva Pərvizə foto ilə birlikdə kiçik mesaj da yollayıb:

"Səni ekranda görəndə çox sevinirik. Yusiflə Oğuzxan sənin üçün darıxıblar. Oğuz səni necə həyəcanla izləyir, bir biləsən. Yusif deyir, "atam uduzmasın, çox üzülər o zaman". Səni çox sevirik və çox öpürük".

 

BAKU.WS
VİDEO