SİZİN REKLAM BURADA!
055 213 76 73


94-cü "Oskar" mükafatlarının təqdimetmə mərasiminə qatılan ispaniyalı aktrisa Penelopa Kruz geyimi ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, "Parallel mothers" filminə görə "Ən yaxşı aktrisa" nominasiyasında qalib olan aktrisa libası ilə xeyli marağa səbəb olub. 

Kruzun  uzun və qara rəngli geyimi "Chanel" brendinin "2020 Payız-Qış Haute Coute" kolleksiyasına aiddir. Sinə hissəsində bir çox bəzək və işləmələri olan geyimin hazırlanmasına 680 saat vaxt sərf edilib. Libasın üzərində əl işi olan 8 min naxış yer alıb. 

Aktrisa bu geyimini "Chanel" brendinə aid qızıl aksessuarlar və ayaqqabı ilə tamamlayıb.

BAKU.WS
QALEREYA