SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli müğənni Doğuş (Orhan Baltacı) uzun illərdən sonra pərəstişkarlarını sevindirib. 

BAKU.WS xəbər verir ki, sənətçi "Geçmicek" adlı yeni klipini sevənlərinin ixtiyarına verib. Mahnının söz və musiqisi Doğuşun özünə aiddir. 

Klipin rejissorluğunu Recep Yenigün edib. Mahnının aranjimanı Gökhan Brudoya aiddir. 

"Geçmicek" adlı ekran işi sənətçinin şəxsi yutub kanalına yerləşdirilib.

Qeyd edək ki, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün Arda və Arın adlı əkiz övladları var.

BAKU.WS
VİDEO