SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Vogue" jurnalına müsahibəsində çantasında daim daşıdığı əşyaları təqdim edib.

BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, aktrisanın çantasında maraq oyadan əşyalardan biri nişanlısı aktyor Gökhan Alkanla uşaqlıq fotolarının olduğu medalyon olub. Nəsrinin sözlərinə görə, bunu ona Gökhan hədiyyə edib:

"Bunu həmişə özümlə gəzdirirəm, sevgilim hədiyyə edib. "Nə vaxt fikirlərimiz üst-üstə düşməsə, buradakı hallarımıza bax və bizi bağışla" demişdi. Bu, bizim uşaqlıq fotolarımızdır".

Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb. Nəsrin Gökhanın evlilik təklifinə "hə" cavabını verib. Cütlük yayda toy etməyi planlaşdırır.

Nəsrin hazırda "Üç Kuruş" serialında "Bahar" obrazını canlandırır.

BAKU.WS