SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Flora Kərimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi qızı Zümrüd Şəfiyeva ilə fotosunu paylaşıb. Onların şəkli ifaçının qatıldığı verilişlərdən birində lentə alınıb. 

Kərimova fotoya qısaca "Zümrüdüm" şərhini də əlavə edib. Xalq artistinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, Zümrüd Şəfiyeva Flora Kərimovanın ikinci həyat yoldaşı Faiq Şəfiyevin qızıdır. Xalq artistinin övladı Böyük Britaniyada yaşayır.

BAKU.WS