SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur aktyor Arda Kural yenidən çəkiliş meydanına qayıdır.

BAKU.WS xəbər verir ki, psixoloji xəstəliyi olan sənətçi uzun müddətdir küçədə səfil vəziyyətində yaşayırdı. Müalicələrdən sonra sağalan aktyor yenidən ekranlara qayıdır. Sosial şəbəkələrdə Ardanın yeni görünüşündə olan fotosu da yayılıb.

Xeyli çəkisi olan Kural diyeta ilə 2 aya 14 kiloqram arıqlayıb. 40 yaşlı aktyorun bu dəyişimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Arda müsahibələrindən birində ekranlardan uzaqlaşmasını bir sıra həmkarlarının onu qısqanması ilə əlaqələndirib.

BAKU.WS
QALEREYA