SİZİN REKLAM BURADA!
055 213 76 73


"Məclislərə gedəndə həmişə həyat yoldaşım mənimlə gəlirdi. Yeni evlənəndə qısqanclıqları olurdu. Cavan oğlanlar gül gətirirdi. Deyirdi ki, görürsən, gül gətirən cavan oğlandır, səhnədən çıx. Deyirdim, olmaz axı ona hörmətsizlik etmiş olaram. Belə şeylərə görə davalar olurdu".

BAKU.WS xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə deyib. Aparıcı Günay Firudinqızının "Qonağım ol" proqramına qatılan sənətçi həyat yoldaşının qısqanclığından və qadağalarından danışıb:

"Görürdüm ki, çəkilişdən, konsertdən gələndə inciyir, dinmir, məni danışdırmır. Deyirdi ki, o adam gələnə qədər səhnədən çıxa bilərdin. Amma dayanıb gözləyirsən. Cavab verirəm ki, axı yaxşı deyil. Hətta bir dəfə qayınatama dedim ki, əgər biri mənə gül gətirirsə, səhnədən çıxmağım tərbiyəsizlik deyilmi? O da qayıtdı ki, qətiyyən olmaz. Ondan sonra bu mövzu bağlandı".

BAKU.WS
VİDEO