SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Cennifer Lopez açıq-saçıq fotosessiyası ilə səs-küyə səbəb olub. 

BAKU.WS xəbər verir ki, son zamanlar şəxsi həyatı ilə diqqət çəkən sənətçi bu dəfə jurnallardan biri üçün kamera qarşısına keçib. Hollivud ulduzu Amerikanın populyar jurnalı "Rolling Stone"a müxtəlif pozlar verib.

Nəşrdə ifaçının müsahibəsi də yer alıb. Cennifer yeni filmi "Marry me" haqqında, o cümlədən musiqi karyerasındakı yüksəlişdən, ailə həyatı və Ben Affleklə olan sevgi münasibətlərindən danışıb. 

Lopezin çəkdirdiyi açıq-saçıq fotolar ölkə gündəmini zəbt edərək müzakirələrə səbəb olub. Onun cazibədar fotoları hər kəs tərəfindən çox bəyənilib. 

Qeyd edəki ki, Lopezin yer aldığı "Rolling Stone" jurnalı mart ayında işıq üzü görəcək. 

BAKU.WS
QALEREYA