SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Xatirə İslam plastik əməliyyatdan sonra yeni fotosunu yayımlayıb. 

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı şəkili iştirak etdiyi toylardan birində lentə alınıb. 

Bir müddət əvvəl bədən şəkilləndirmə və buxaq əməliyyatı olan Xatirənin yeni görünüşü xeyli diqqət çəkib. Onun qızılı rəngli, dərin yarıqlı libası da gözlərdən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri onun geyimini bəyənməyiblər.

Onlar Xatirə İslamın ünvanına "Çiyinli qadınsınız, bu donun qolları sizi eybəcər göstərir", "Bu nə geyimdir? Heç yaraşmadı. Nə yarıq, nə də çiyinləri...", "Elə bil, qollarına divan paduşkası qoyub", "Paltarın qolları biədəbdir", "Bu nə zövqsüz paltardır" kimi tənqidi şərhlər yazıblar. 

Qeyd edək ki, Xatirə İslam bu günə qədər bir çox plastik əməliyyatlar etdirib. Bunlar arasında burun əməliyyatı (rinoplastika) və bədən şəkilləndirmə əməliyyatları var.

BAKU.WS