SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Afaq Gəncəli yeni açıqlaması ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, o, "Səhər mərkəzi" proqramında mərhum Xalq artisti İlhamə Quliyevanı ölməzdən iki gün əvvəl gördüyünü bildirib: 

"İlhamə xanım dünyasını dəyişməzdən iki gün əvvəl biz prodüser Tarix Əliyevin (Tolik) məclisində idik. Bütün məşhurlar orada idi. O, çox halsız idi. Mənə dedi ki, Afıçka, gəl otur yanımda...

Baxan kimi hiss olunurdu ki, bu insanın canı ağrıyır. İlhamə xanım iştahla yeyən idi. Mən öyrəşmişdim onu belə görməyə. Amma gördüm ki, o, yemək yemir. Dedim, bəlkə, nəsə yeyəsiniz. Dedi, "ürəyim istəmir, dünəndən yediyimi qaytarıram". İki gün sonra eşidəndə ki, vəfat edib, çox pis olduq".

BAKU.WS
VİDEO