SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Elnarə Xəlilova şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "Səhər mərkəzi" proqramına dəvət olunan ifaçı həyat yoldaşı Rövşən Cahangirovla tanışlığından danışıb. Elnarə əri ilə hərbi hissələrdən birində olarkən tanış olduğunu bildirib:

"2004-cü ildən mənim hərbi hissələrə konsert səfərlərim başladı. Ağdam, Füzuli və digər cəbhəyanı rayonlarda musiqili proqramlarım oldu. Biz Rövşənlə Zaqatalada hərbi hissədə qarşılaşdıq və orada tanış olduq. O, veriliş çəkirdi, mən də adəti üzrə konsertə görə orada idim".

Qeyd edək ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Cütlüyün dörd övladı var. 

BAKU.WS
VİDEO