SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur stilist Anar Ağakişiyev maraqlı açıqlamaları ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, BAKU.TV-nin "O kimdir?" rubrikasına qonaq olan stilist hazırda bir sıra dünya ulduzları ilə çalışdığını, bunu isə bəzi yerli şou-biznes nümayəndələrinin gözünün götürmədiyini bildirib.

Ağakişiyev pandemiya vaxtı həmin ulduzlardan qazandığı gəlirlə dolandığını deyib:

"2018-ci ildə Braziliyada master klaslar keçdim. Mənim haqqımda deyirlər ki, xarici ulduzlara onlarla reklam olunum deyə pul verirəm. Mən nə qədər milyard xərcləyim portallara?

Dedilər, guya Peris Hiltonun hesabına pul köçürmüşəm ki, məni izləsin. Bülent Ərsoya pul verirəm ki, onu makiyaj edərək reklam olunum. O adamın milyardları var. Ona nə qədər verməliyəm, onun milyardları var. Bir üzüyünün qiyməti 4-5 milyon dollardır. Bülent Ersoy mənə yüksək miqdarda pul verir, üstəlik deyir ki, sənin haqqın bu qədər deyil, daha artığına layiqsən, haqqını halal et".

BAKU.WS
VİDEO