SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Firuzə Cəlilovanın "Çox bilmiş" rubrikasında maraqlı anlar yaşanıb. 

BAKU.WS xəbər verir ki, aparıcı verilişdə qonaq olan azyaşlı uşağa "Böyüyəndə nə olmaq istəyirsən?" sualını verib.

Uşaq da cavabında deputat olmaq istədiyini bildirib.

Firuzə Cəlilova bunun səbəbini soruşduqda isə azyaşlı deputatların öz vəzifələrini lazımınca yerinə yetirə bilmədikərini, bu səbəbdən bu peşəni seçmək istədiyini bildirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirə obyektinə çevrilib. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti "Uşaq da bilir ki, millət vəkilləri işləmir" sözləri ilə sərt reaksiya veriblər. 

BAKU.WS
VİDEO