SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov yeni paylaşımı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, artıq bir neçə gündür Bakıda qonaq olan Hüseyn paytaxt küçələrində retro avtomobil sürüb.

O, həmin anları 19 milyon izləyicisi olan intsaqram səhifəsində paylaşıb. Bloger uşaq olarkən atasının onu "Volqa" markalı maşında gəzdirdiyini bildirib:

"Bu avtomobildə gəzməyi çox istəyirdim. Buna görə də axtarıb tapdıq. Mən uşaq olarkən atam məni bu avtomobildə gəzdirirdi. Hazırda isə bu maşının sükanı arxasında əyləşmişəm".

BAKU.WS
VİDEO