SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli aktyor Yunus Güner dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, aktyor ötən gecə İstanbulun Cihangir səmtində yerləşən evində ifarktdan vəfat edib.

Bu haqda Günerin sənət dostu Süha Uygur məlumat verib. O, 49 yaşında dünyasını dəyişən Yunusun ölümünün bütün sənət aləmini yasa boğduğunu bildirib.

Qeyd edək ki, Yunus Güner 1972-ci ildə İstanbulda dünyaya gəlib. Yaradıcılığı boyunca bir sıra film və seriallarda müxtəlif rollar ifa edib. 

"Sonradan görmeler", "Bütün çocuklarım" və "Dudaktan kalbe" kimi reytinqli ekran işlərində yaddaqalan obrazlar yaradıb.

 

BAKU.WS
VİDEO