SİZİN REKLAM BURADA!
055 213 76 73


"Kurtlar Vadisi" serialında Güllü Erhan obrazını canlandıran Erhan Ufak şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, aktyor həyat yoldaşı Süreyya Kul və iki azyaşlı övladı ilə "Bu ana kimi" proqramına qonaq olub.

Veriliş zamanı Erhan Süreyya ilə tanışlığından danışıb. Aktyor həyat yoldaşı ilə evlənməzdən 3-4 il əvvəl onunla dostluq münasibətləri olduğunu bildirib.

Kul Ufukun rol aldığı filmlərdən danışıb. O, həyat yoldaşının heç vaxt tərəf müqabilinə qısqanmadığını bildirib.

Qeyd edək ki, Erhanla Süreyya 2015-ci ilin dekabrında Ataşehir Bələdiyyəsində keçirilən sadə bir nikah mərasimi ilə ailə həyatı qurub. Hazırda onların iki azyaşlı övladı var.

BAKU.WS
VİDEO