SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər atası haqqında bilinməyən faktları açıqlayıb.

BAKU.WS xəbər verir ki, “Həmin Zaur” proqramına qatılan Ülkərdən Yaşar Nurinin çəkildiyi filmlərin adları soruşulub.

Həmin vaxt Xalq artistinin “Bəyin oğurlanması” filmində canlandırdığı İsrafil obrazı ekranlara gəlib. Ülkər atasının bu rolu haqqında açıqlama verərək onun hər zaman evdə də eyni ilə bu obrazda olduğunu deyib:

“Atamın çəkildiyi bu ekran işini çox sevirəm. O, burada evdə olduğu kimi eyni ilə özünü canlandırır. Evdə də bu xarakter və xasiyyətdə idi”.

Qeyd edək ki, Yaşar Nuri 1975-ci il noyabrın 28-də Rəhimə xanımla ailə həyatı qurub. Onların Ülviyyə və Ülkər adlı iki qızları var.

BAKU.WS
VİDEO