SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Nazpəri Dostəliyeva vəfat edən oğlu Əli Quliyevin qəbrini ziyarət edib.

BAKU.WS xəbər verir ki, sənətçinin həmin görüntüləri "ATV" kananlında yayımlanan "1 dəqiqə" proqramında nümayiş olunub.

Xalq artisti oğlunun məzarı başında şeir səsləndirib. Dostəliyevanın göz yaşlarına boğulduğu kədərli anlar hər kəsi kövrəldib.

Sənətçi oğlunun son nəfəsini verdiyi anı belə xatırlayır:

"Yatanda yuxuma da girməzdi ki, bir gün Əli vəfat edər. Əvvəl özünü pis etməyə başladı. Biz də həkimlərə zəng etdik. Kardioloqlardan biri dedi ki, Nazpəri xanım artıq ona toxunmayın. Həmin vaxt Əlini qucaqlayıb bağrıma basdım. Mənə deyirdi ki, sən xalqın sənətkarısan, heç vaxt əyilmə!"

Qeyd edək ki, sənətçinin oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. Xalq artistinin ondan başqa bir oğlu da var. 

BAKU.WS
VİDEO