SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor Elməddin Cəfərov maraqlı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "6/bazar axşam şousu"na qonaq olan Elməddin, xarici dil biliklərindən danışıb.

Aktyor xaricdə olarkən dil biliyinin elə də vacib olmadığını bildirib:

“Dil bilmək elmdir, gözəldir. Amma ola bilər ki, hər hansı xarici sözü səhv bilərəm ya da səhv tələffüz edərəm, bu mənim üçün problem deyil. Bir dəfə xaricdə olanda cibimdə bir az pulum var idi.

Azərbaycan dilində soruşuram ki, “Bu neçəyədir?” Satıcı mənə əli ilə qiyməti göstərir. Bir dəfə ziyarətlə bağlı 20 gün Səudiyyə Ərəbistanında yaşadım. Ərəblərlə Azərbaycan dilində danışırdım. Vallah məni başa düşürdülər. Pul çıxarıb deyirdim ki, "Qardaş mən “Mall”a getmək istəyirəm" Deyirdi “Ok”.

BAKU.WS
VİDEO