SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Aygün Kazımova yeni açıqlaması ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, pop diva şəxsi instaqram hesabında koronavirusa yoluxduğunu bildirib.

Sənətçi xeyli müalicə aldığını, xəstəliyin son 3 gününü isə çox ağır keçirdiyini deyib:

"Bilirəm ki, son zamanlar instaqramda aktiv deyiləm deyə fanatlarım çox narahatdır. Bir çoxlarınız kimi mən də koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38 dərəcə olurdu. Bədənim çox ağrıyırdı, özümü halsız və gücsüz hiss edirdim.

Bəxtimə çox gözəl həkim düşdü. Bu, çox ağır xəstəlikdir, əzizlərim. Onun mənə yazdığı müalicə sayəsində 10 gün ərzində sağaldım. Özünüzü qoruyun. Bütün xəstələnənlərə şəfa diləyirəm”.

BAKU.WS
VİDEO