SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artistləri Yusif Eyvazov və Elçin Əzizov Macarıstanda konsert proqramı ilə çıxış ediblər.

BAKU.WS xəbər verir ki, paytaxt Budapeştdə təşkil edilən musiqili proqram zamanı Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko da çıxış edib. Onlar “Tosca” operasını səsləndiriblər.

Xalq artistlərini dinləməyə gələnlər arasında Hollivud ulduzu Con Travolta da olub.

Bu haqda Yusif Eyvazov özü məlumat verib. O, Travolta ilə görüşdüyü anları lentə alaraq instaqram hesabında izləyiciləri ilə bölüşüb: “Gənclər, inana bilməzsiniz…. Con Travolta bizim Budapeştdəki konsertimizə qatılıb”. 

BAKU.WS
VİDEO