SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar sosial şəbəkələrdə aparıcı Xoşqədəm Hidayətqızının "Xəzər" televiziyasından ayrıldığı və yeni mövsümdən başqa kanalda aparıcılıq edəcəyi haqqında məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, Xoşqədəmlə görüntülərini paylaşaraq yayılan xəbərləri təkzib edib:

“Kimlərsə öz dərdinə yanmaqdansa, Xoşqədəmlə mənim dərdimi çəkirlər. Ay yazıq bəndə, biz ikimiz də "Xəzər" televiziyasının ştatda olan işçiləriyik. Bizi axşam çağırıb sabah yola salmayıblar. Xoşqədəmin uğurlarını çoxu həzm edə bilmir. Amma fakt odur ki, Xoşqədəm qalibdir”, - deyə Tarix Əliyev bildirib.

BAKU.WS