Polis İdarəsi Babək prospektindəki qəza zamanı yanaraq ölənlərin adlarını açıqlayıb.14:11Nizami rayon Polis İdarəsindən verilən məlumata istinadən xəbər verir ki, qəzada sürücü, 1992-ci il təvəllüdlü İsmayılov Firudin Arzu oğlu və sərnişini, 1982-ci il təvəllüdlü İbrahimov Rəşad İbrahim oğlu yanaraq həlak olublar.11:21İdarədən verilən rəsmi məlumata istinadən xəbər verir ki, Bakının Nizami rayonu ərazisində dəhşətli yol qəzası olub.“Bu gün səhər saatlarında Babək prospektində “Porsche-Panamera” markalı minik maşını “MAZ” markalı yük maşını ilə toqquşub. Qəza zamanı partlayış olub və “Porsche”də olan sürücü və sərnişin yanaraq kül olublar” – deyə, BŞDYPİ-dən bildirilib.10:02Hadisə şahidləri sosial şəbəkələrdə məlumat yerləşdirib.Hadisə şahidlərinin sözlərinə görə, bu gün səhər 06:00 radələrində paytaxtda nəqliyyatın ən çox hərəkət etdiyi yollardan biri olan Babək prospektində “Porshe Panamera” markalı avtomobillə “MAZ” markalı yük maşını toqquşub.Qəzadan dərhal sonra avtomobildə yanğın baş verib və maşında olan 2 nəfər yanaraq ölüb.“Hadisə baş verən zaman mən oradan keçirdim. Qəzanın təsirindən şoka düşdüm. Ətrafda yanmış metal yığınları və ayaqqabılar var idi” – deyə, hadisə şahidi bildirib.Qeyd edək ki, qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.Video: Gün.Az / Yuriy Bizev [media=
Сегодня исполняется 34 года со дня трагедии в селе Гарадаглы. Село Гарадаглы Ходжавендского района стало настоящей крепостью, которая на протяжении четырех лет...