"Formula 2": Bakıdakı sıralama turunda iki pilot qəza törədib
13
сен
2024
16:15
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki pilot qəza törədib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Campos Racing"dən İsak Hacar və onun komanda yoldaşı Xosep Maria Martinin idarə etdiyi bolidlər səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və sıralama turu bir müddət dayanıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyarın 15-də başa çatacaq.