"Neftçi" 6 ildən sonra Azərbaycan çempionu oldu

Neftçi 6 ildən sonra Azərbaycan çempionu oldu
Спорт 2422
304275434_0.jpg|-->

Bakının “Neftçi” klubu 6 illik çempionluq həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə. Arif Əsədovun yetirmələri Azərbaycan Premyer Liqasının XXIX turunda AZAL-ı məğlub etməklə son 3 turun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıb.Sonuncu dəfə 2004/05 mövsümündə qızıl medallara sahib olan “ağ-qaralar” bununla da çemponluq sayındakı liderliyini daha da möhkəmləndirib. 6-cı dəfə ölkə çempionu olan bakılılar 5-ci dəfə qızıl medallara sahib olacaq. Bu da 1996/97 mövsümü ilə bağlıdır. O vaxt əsas komandaların yarışında çempion olub Çempionlar Liqasında ölkəmizi təmsil edən “Neftçi”yə yalnız gümüş medallar verilmişdi. AFFA-nın bonus xallar hesabına çempion elan edib qızıl medal verdiyi “Qarabağ”ın birinciliyi isə nə UEFA, nə də indiki PFL tərəfindən tanınır.Bunlardan, yəni indiki, bundan əvvəl sonuncu olan və qalmaqallı çempionluqlardan başqa 1992, 1995/96, 2003/04 mövsümlərində də “Neftçi” azərbaycanın ən yaxşısı olub. İndisə “ağ-qaralar” paytaxt klublarının hegemonluğunu davam etdirib. “Xəzər-Lənkəran”ın 2006/07 mövsümündə qazandığı çempionluqdan sonra bakılılar qızıl medalları bir-birinə ötürərək estafeti əllərində saxlayır.Bütün Azərbaycan çempionlarımövsüm çempion1992 “Neftçi” Bakı1993 “Qarabağ” Ağdam1993/94 “Turan” Tovuz1994/95 “Kəpəz” Gəncə1995/96 “Neftçi” Bakı1996/97 “Qarabağ” Ağdam (AFFA-nın versiyası)“Neftçi” Bakı (UEFA-nın versiyası )1997/98 “Kəpəz” Gəncə1998/99 “Kəpəz” Gəncə1999/2000 “Şəmkir”2000/01 “Şəmkir”2001/02 sona çatdırılmayıb2003/04 “Neftçi” Bakı2004/05 “Neftçi” Bakı2005/06 “Bakı”2006/07 “Xəzər-Lənkəran”2007/08 “İnter” Bakı2008/09 “Bakı”2009/10 “İnter” Bakı2010/11 “Neftçi” BakıBu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutacaq 3 qarşılaşmadan 1-i ikinci, digərləri ilk “altılıq”da keçirilib.Səfərdə AZAL-ı məğlub edən “Neftçi” ilk hissədə vurduğu erkən qolların sayəsində çempionluğu bayram edib. “Təyyarəçilər” isə bundan sonra yalnız büüncə ümid edə bilər.“Neftçi”nin çempionluğunda digər paytaxt təmsilçisi “Bakı”nın da rolu olub. “Qarabağ”ın xal itirməsinə səbəb olan “zolaqlılar” bununla da həmyerlilərinin yolunu açıb. Üçüncü pillədə qalan ağdamlılar məğlubiyyətdən güclə qaçaraq bundan sonra yalnız gümüş uğrunda mübarizə aparacaq.İkinci “altılıq”da isə “Turan”ın qələbəsi “Simurq”un aşağı dəstəyə yuvarlanacağını rəsmiləşdirəcəkdi. Lakin “Muğan” Tovuz səfərindən qələbə ilə dönərək 7-ci yer uğrunda mübarizədən çəkilməyəcəyini göstərib.1 may20:00. AZAL – “Neftçi” - 1:3QOLLAR: Qvidas Yuska, 90 - Cavid Hüseynov, 15, Ritus Krjauklis, 17 (ö.q.), Rodriqo Sezar Kastro, 90QIRMIZI VƏRƏQƏ:Robert Petrov, 86Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Azər Əsgərov, Fariz YusifovBakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionuCari mövsümdəki oyunlar – 0:1, 0:0, 1:2“Qarabağ” – “Bakı” - 2:2QOLLAR: Georgi Adamiya, 60, Admir Teli, 89 - Zaur Həışimov, 22-öz qapısına, Vaqif Cavadov, 25Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Mübariz Haşımov, Hacıəli AğayevBakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuCari mövsümdəki oyunlar – 2:0, 0:2, 0:0“Turan” – “Muğan” - 0:1QOL: Taqim Novruzov, 42Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Orxan MəmmədovTovuz. Şəhər stadionuCari mövsümdəki oyunlar – 0:0, 1:1, 1:2Turnir cədvəli1 Neftçi 29 19 8 2 52-13 652 Xəzər Lənkəran 29 15 10 4 34-16 553 Qarabağ 29 16 6 7 36-18 544 AZAL 29 12 9 8 32-25 455 İnter 29 12 8 9 28-24 446 Bakı 29 9 10 10 31-28 377 Qəbələ 29 11 11 7 28-17 448 Muğan 29 11 8 10 25-28 419 Gəncə 29 8 11 10 29-31 3510 Turan 29 6 6 17 21-41 2411 Simurq 29 3 7 19 15-46 1612 MOİK 29 2 6 21 9-53 12Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.Milli.Az

Последние новости