Joze Mourinyo 3 futbolçunu “Real”dan qovur
29
окт
2010
09:57
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
İspaniya mətbuatının məlumata görə, portuqaliyalı mütəxəssisi Benzemanın oyunu qane etmir. Çox güman ki, 23 yaşlı forvard 2011-ci ilin yanvarında “kral klubu”nu tərk edəcək. Rəhbərlik Benzemanı ölkə xaricindəki komandalardan birinə satmağı planlaşdırır. Oktyabrın 26-da “Real”ın “Mursiya” ilə 0:0 hesablı heç-heçə etdiyi İspaniya kubokunun 1/16 final matçında Mourinyo futbolçuya son şans verib. O, fransalı hücumçunu əsas heyətdə meydançaya buraxıb. Lakin özünü yaxşı tərəfdən göstərə bilməyən Benzema fasilədən dərhal sonra Qonsalo İquainlə əvəzlənib. Joze Mourinyo yarımmüdafiəçi Esteban Qranero və Pedro Leonu da göndərməyi qərara alıb. Qraneronun “Xetafe”də, Leonun isə “Erkules”də karyerasını davam etdirəcəkləri bildirilir. Qeyd edək ki, Kərim Benzema “Real”a 2009-cu ilin yayında Fransa “Lion”undan keçib. Madrid klubu hücumçunun transferinə 35 milyon avro xərcləyib.288277934_0.jpg|-->
Похожие новости
Азербайджанские борцы вернулись на родину после успешного выступления на ЧМ
Азербайджанские борцы греко-римского стиля, успешно выступившие на чемпионате мира в Астане (Казахстан), вернулись на родину. Как сообщает BAKU.WS со ссылкой на...