FİFA «Qızıl top»a namizədləri açıqladı – SİYAHI
27
окт
2010
09:55
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
288109766_0.jpg|--> BaKu.ws FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, namizəd siyahısı qurumun ekspertləri və «France Football» dərgisinin jurnalistlərinin rəyi əsasında formalaşdırılıb.Xatırladaq ki, bu ildən «France Football» tərəfindən müəyyənləşdirilən «Qızıl top»un sahibi və FİFA-nın versiyasına görə «Ən yaxşı futbolçu» titulları birləşdirilib.Bu il «yaxşıların yaxşısı» olmağa iddialılar bunlardır:Xavi Alonso, Kriştianu Ronaldu, İker Kasilyas, Məsut Özil (hamısı «Real» (Madrid));Andres İsyesta, Daniel Alves, Lionel Messi, David Vilya, Xavi, Karles Puyol («Barselona»);Samuel Eto'O, Vesli Sneyder, Juliu Sezar, Maykon («İnter»);Miroslav Kloze, Filipp Lam, Tomas Müller, Aryen Robben, Bastian Şvaynştayger («Bavariya»);Didye Droqba («Çelsi»);Sesk Fabreqas («Arsenal»);Dieqo Forlan («Atletiko»);Asamoa Qyan (Sanderlend).FİFA ilin ən yaxşı baş məşqçisi tituluna namizədləri də müəyyənləşdirib. Bunlar Karlo Ançelotti («Çelsi»), Visente Del Boske (İspaniya yığması), Aleks Ferqüsson («Mançester Yunayted»), Xosep Qvardyola («Barselona»), Yoahim Löv (Almaniya millisi), Joze Mourinyo («Real»), Oskar Tabares (Uruqvay millisi), Lui van Qall («Bavariya»), Bert van Marveyk (Hollandiya millisi) və Arsen Vengerdir («Arsenal»).Qaliblərin adları dekabrın 6-da açıqlanacaq. Onların təltifedilmə mərasimi isə gələn il yanvarın 11-də keçiriləcək.
Похожие новости
Азербайджанские борцы вернулись на родину после успешного выступления на ЧМ
Азербайджанские борцы греко-римского стиля, успешно выступившие на чемпионате мира в Астане (Казахстан), вернулись на родину. Как сообщает BAKU.WS со ссылкой на...