Dünya çempionatında sərbəst güləşçilərimizin ilk rəqibləri bilindi

Dünya çempionatında sərbəst güləşçilərimizin ilk rəqibləri bilindi
Спорт 3471
21-27 sentyabr 2009-cu il tarixlərdə Danimarkanın Herninq şəhərində keçiriləcək Dünya çempionatının ilk gün üçün püşkatma mərasimi keçirilib.Qeyd edək ki, çempionatın ilk günündə – 21 sentyabrda sərbəst güləş üzrə 55, 66 və 96 kq çəki dərəcəsində pəhləvanlar öz qüvvələrini sınayacaqlar.55 kq çəki dərəcəsində Namiq Sevdimov 1/16 final mərhələsindən mübarizəyə başlayacaq və ilk rəqibi ABŞ idmançısı Danni Feliks olacaq.66 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Cəbrayıl Həsənov isə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq və ilk rəqibi Vietnamlı Tuan Anh Buy olacaq.96 kq çəki dərəcəsində Xetaq Qazyumov da mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun xalça üzərində rəqibi Moldova güləşçisi Nikolay Ceban olacaq.Sentyabrın 22-də isə 60, 84 və 120 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxacaq. 74 kq çəki dərəcəsində sərbəst güləşçilər sentyabrın 23-də mübarizəyə qoşulacaqlar.Sərbəst güləş üzrə yığma komandamızın heyəti aşağıdakı kimidir:Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq)LENT.AZMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости