Azərbaycan Avropa Olimpiya Oyunlarına 8 milyard dollar xərcləyəcək

Azərbaycan Avropa Olimpiya Oyunlarına 8 milyard dollar xərcləyəcək
Спорт 1354

Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarına Azərbaycan 8 milyard dollar xərcləməyi planlaşdırır.

Bunu Britaniyada çıxan Business New Europe (BNE.eu) yazır. Təşkilat komitəsindən dərqiyə deyiblər ki,bu oyunlar Azərbaycan tarixində ən məhtəşəm şou olacaq.

2012-ci ildə Azərbaycan Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etmişdi və bunun təşkilinə 75,7 milyon dollar xərclənmişdi. Müqayisə üçün, 2009-cui ildə Moskvada Eurovision finalına 44 milyon dollar xərclənmişdi.

Bakıda İlk Avropa Olimpiya Oyunlarının təşkilat Komitəsi olan Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icra rəhbəri Simon Clegg bildirib ki, bu, Azərbaycanda ən fantastik şou olacaq, Bakıdakı Eurovision finalının şousu bunun yanında kiçik, lokal hadisəyə çevriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости