Zorik günahlarını "yumaq" üçün Həcc ziyarətinə getməyə hazırlaşır
Узнавайте о новостях первыми
Tanınmış klipmeyker və prodüser Zorik (Zöhrab Ağayev) ajiotaj yaradacaq açıqlaması ilə gündəmə gəlib. Yerli şou-biznesin ən qalmaqallı simalarından biri olan Zorik ANS PRESS-ə açıqlamasında ibadət əhli olacağını deyib: "Namaz qılmağa hazırlaşıram. Allah izin verərsə, Həcc ziyarətinə də getməyi düşünürəm”. Klipmeyker bu addımı ilə günahlardan təmizlənmək istəyini dilə gətirib: "Allahın qarşısında günahlarım olub və bu günahların bu yolla bağışlanmağını nəzərə alıb mən də namaz qılmağa hazırlaşıram. Hər bir insanı bu yola səsləyirəm, Allah bağışlayandır və ümid edirəm ki, mən də bağışlanacam. Bilirəm ki, məni gözü götürməyən çox insan bunları eşidəndə inanmayacaq. Cinsiyyətimə, namusuma, adıma ləkə gətirən bütün insanları Allaha həvalə edirəm”.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...