Zireddin Rzayevle şou-biznes ehli arasında "müharibe" gözlenir

Zireddin Rzayevle şou-biznes ehli arasında müharibe gözlenir
Шоу-бизнес 8
Ekstrasens müğənnilər barədə bədbin proqnozlar açıqlayacaq Şou müğənnilərinin və aktrisaların bir qisminin falçı və cadugərlərin qapısında növbəyə dayanması çoxlarına məlumdur. Onlar problemlərinin müəyyən bir hissəsini falçıların müdaxiləsilə həll etməyə, aradan qaldırmağa çalışırlar. Sirr deyil ki, respublikanın populyar şou-biznes nümayəndələri, aktrisalar Bakıda və Azərbaycanın rayonlarında fəaliyyət göstərən falçılardan üz döndərib özünü ekstrasens kimi təqdim edən Zirəddin Rzayevin yanına gedir. Hətta, bir neçə müğənni və aktrisa böyük fəxrlə Z.Rzayevlə ailəvi dost olduqlarını və bir-birinin evinə gedib-gəldiklərini bildirirdi. Son vaxtlar isə Zirəddinlə şou müğənniləri arasında problem yaranması barədə xəbərlər dolaşır. Deyilənə görə, Z.Rzayev yaxın vaxtlarda şou-biznesçilər və bəzi aktrisalarla bağlı proqnoz verəcək. (ANS Press) Deyilənə görə, həmişə öz "öncəgörmə"lərilə bu aləmin adamlarına müjdələr verən, xoş sözlər söyləyən Zirəddinin gözlənilən proqnozu bədbin notlar üstə köklənib. ANS Press xəbər verir ki, Z.Rzayev bəzi müğənnilərin gələcəyilə, sənətilə və populyarlığı ilə bağlı o qədər də ürəkaçan xəbərlər verməyəcək. Yadınıza salaq ki, bir neçə ay əvvəl Z.Rzayev xalq artisti Aygün Kazımovanın konsertilə bağlı proqnoz vermiş və bu proqnoz da üstüörtülü şəkildə müğənni tərəfindən narazılıqla qarşılanmışdı. Son vaxtlar isə, deyilənə görə, Namiq Qaraçuxurlu və Zirəddin Rzayev arasında soyuq münasibət yaranıb. Belə ki, bir neçə gün əvvəl N.Qaraçuxurlu Z.Rzayevi tənqid edən fikirlər söyləmişdi. Dolaşan məlumatlara görə, Namiqi Zirəddinin üstünə qaldıran ekstasensin ona yaxın vaxtlarda uğursuzluğa düçar olacağını söyləməsi olub. Zirəddindən həmişə xoş söz eşitməyə adət etmiş şou-biznesçilərin onun açıqlayacağı bədbin, ürəkaçan olmayan məsələləri necə qarşılayacağı maraqlıdır. Yəqin ki, onlar da Namiq kimi Zirəddini açıq-aşkar boykot edəcək, onun paxırlarını açıb tökəcəklər. Z.Rzayevlə şou-biznes əhli arasında əməlli-başlı "müharibə" gözlənir. Onu da qeyd edək ki, sənətilə populyarlıq qazana bilməyən ifaçıların bir çoxu Zirəddinə bir ətək pul verib ondan "əbədi uğur" haqda "zəmanət" alıbmış. İndi isə Zirəddinin fikrini dəyişib və verəcəyi bədbin proqnozlar şou-biznes nümayəndələrini çaşdıracaq.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости