Yaşar Nurinin xanımı: “Nə gözlərini açır, nə də danışır...”

Yaşar Nurinin xanımı: “Nə gözlərini açır, nə də danışır...”
Шоу-бизнес 2
289671416_0.jpg|--> “Həkimlər bizə heç nə demirlər”Noyabrın 9-dan Türkiyənin “Memorial” Xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam etdirilən xalq artisti Yaşar Nurinin vəziyyətində heç bir irəliləyiş yoxdur. Aktyorun həyat yoldaşı Rəhimə xanımın BaKu.ws-a verdiyi məlumata görə, xəstənin vəziyyəti olduğu kimi qalır: “Yenə reanimasiyadadır, yenə həmin vəziyyətdədir. Nə gözlərini açır, nə də danışır. Həkimlər buna icazə vermirlər. Yalnız yatılı vəziyyətdə olur. Əlbəttə ki, həkimlər durumunu yaxşılaşdırmağa çalışırlar. Ancaq bizə heç nə demirlər. Mən özüm də yaxınlaşıb nəsə soruşmağa qorxuram ki, birdən elə bir söz deyərlər, dözə bilmərəm”.Rəhimə xanım onu da bildirib ki, axşam yenidən həyat yoldaşının yanına girəcək. Ondan sonra aktyorun durumu barədə yeni bilgi verə bilər.Xəyalə Muradlı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости