Xatirə İslam: - “Maşınım yandırııdı!”
13
июл
2009
17:12
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Bu gecə səhərə yaxın müğənni Xatirə İslamın avtomobili yandırılıb. Bu barədə məlumatı BaKu.Ws-a Xatirə özü verib: - “Gecə təxminən, saat 4 olardı. Qapımız çox bərk döyüldü. Hamımız narahat olduq. Mühavizəçi maşınınız yanır deyib, tələsik liftə mindi. Mühavizəçinin bizi gözləməməsi məni bir az şübhələndirdi. Anamla pəncərədən baxdıq ki, doğurdan da maşın od tutub yanır. Qonşular da hamısı həyətdədir. Əllərində vedrə ilə su daşıyıb, odun üstünə tökürdülər ki, yanğın böyüməsin. Sonra iki yanğınsöndürən maşın gəldi. Səhər saat 6-ya yaxın maşının odu söndürüldü. Təsəvvür edin, maşınım partlasa bütün binamız yanacaqdı. Mühavizəçinin dediyinə görə, təxminən, 23-25 yaşlarında cavan oğlan olub. Əlindəki butulkadan benzini maşının üstünə səpib, od vurub. Mühavizəçi onun dalınca qaçsa da, çata bilməyib.”Müğənni onu da deyib ki, maşını yanğından sonra elə də dəhşətli vəziyyətdə deyil. Təxminən, beş min manata yaxın xərci var. Xatirə yanğın baş verən zaman orada olan mühavizəçinin artıq polisə izahat verdiyini, özünün də izahat verəcəyini bildirib. Müğənni heç kimdən şübhələnmədiyini deyib. Qeyd edək ki, müğənniyə məxsus “10 NC 111” dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobil Bakının Nərimanov rayonu, Ziya Bunyadov 30 ünvanında (müğənninin yaşadığı binanın qarşısında) yandırılıb. |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...