Xalq artisti: "Mən şit deyiləm"

Xalq artisti: Mən şit deyiləm
Шоу-бизнес 4
263408587_7709.jpg|-->- Köhnə ili necə başa vurdunuz?2009-cu ilim uğurlu keçdi. Teatrda yeni 3 obraz yaratdım və filmə çəkildim. Şəxsi həyatımda isə xoş xəbər eşitdim. Nuray adlı nəvəm dünyaya gəldi. - Bəs 2010-cu ildə nə kimi planlarınız var?Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşada oynayacağam.- Hələ də səhnəyə çıxanda "köhnəlmiş" gülüş növlərinizi nümayiş edirsiniz. Sizcə, bu tamaşaçanı bezdirmirmi?Hər tamaşaçının öz zövqü var. Məndən sonra bunu edən də olmayıb, demək hələ də mənim gülüş növlərimə tələbat var.- Özünüz haqqında heç eşitmisiniz ki, "Arif şit hərəkət edir"?Mənə heç kim deməyib şit olmağımı. Uşaqla uşaq dilində danışıram, ağsaqqallarla da böyük kimi davranıram. Yerimi bilirəm. - Yaşınızın artmağı xasiyyətinizə təsir edir?Yox, necə varamsa, elə də qalmışam. Xasiyyətimdə nə var ki, dəyişiləsi? İnsan yaşa dolduqca, xasiyyəti dəyişmir axı.- Səyavuş Aslan, Afaq Bəşirqızı da komik aktyorlardı, amma onları həyatda daha ciddi şəxs kimi tanınırlar. Mən də ciddiyəm də. Evdə də, dərs deyəndə də. Ailədə heç vaxt mənim bir sözümü iki edə bilməzlər, məktəbdə də həmçinin. 34 ildir ailə başçısıyam, sözüm yerə düşsə, demək qeyri-ciddi adamam. Hesab edirəm ki, içki hamı üçün haram deyil. Kim içməyi bacarırsa, demək ona halaldır. - Bəs siz necə, içib özünüzü apara bilirsiniz?Mən, ümumiyyətlə içki içmirəm.- Gənc həmkarlarınızla münasibətiniz necədi, onların arasında ikinci Arif Quliyevi görürsünüz?Hamısının xətrini çox istəyirəm. Elə biz də belə başlamışıq da. Dama-dama göl olar. İkinci Arif Quliyev ola bilər. Amma mənə elə gəlir ki, ikinci Bəşir Səfəroğlu olmadığı kimi, Arif də olmayacaq. Buna baxmayaraq davamçılarım olmasını istəyərdim.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости