Toy sahibi Nadir Qafarzadeni pulsuz yola saldı
04
ноя
2009
10:06
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
“O, hətta fotoqrafa da borclu qaldı” Müğənni Nadir Qafarzadənin başına qəribə hadisə gəlib. BaKu.Ws-a daxil olan məlumata görə, müğənni şəhər restoranlarının birində keçirilən toy mərasimində əvvəldən axıradək oxuyub, məclisi idarə edib. Sonda isə toy sahibi müğənnini pulsuz yola salıb. Məlumatı Qafarzadə qismən təsdiqləyib və məsələyə aydınlıq gətirib: “Bu hadisə 3-4 gün əvvəl baş verib. Həmin şəxsin toyuna çox az adam gəldiyindən ziyanla başa vurdu. Üstəlik, toydan pulsuz gedən tək mən olmamışam. Toy sahibi hətta fotoqrafa da borclu qaldı”. Müğənni toy sahibinin ona girov verdiyini də deyib: “O şəxs həyətimə xarici markalı maşın gətirdi ki, pulu verənə qədər həyətində qalsın. Mən insanlığımı göstərib, təklifi qəbul etmədim”. Müğənni borcun məbləğini açıqlamaqdan imtina edib.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...