“Toy olsun”un aparıcısı Ulviranın həyat yoldaşı yenidən bıçaqlanıb
Узнавайте о новостях первыми
ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı yenidən bıçaqlanıb. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən bildirilib.
Məlumata görə, ötən gecə Bakı şəhər sakini, 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə ötən gecə rayonun Şərifzadə küçəsi ev, 1 ünvanının qarşısında qeydə alınıb. T. Mustafayevin kimin tərəfindən bıçaqlandığı isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Mustafayev son bir ayda artıq ikinci dəfədir bıçaqlanır. O, yanvarın 10-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Ağır bıçaq xəsarətləri alan T. Mustafayev bir neçə gün əvvəl xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, bıçaqlanan T. Mustafayev Tərlan Dağlı kimi tanınan meyxanaçıdır.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...