Samir Bağırov fikrini dəyişdi
23
авг
2010
10:41
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Bu günlərdə həmkarı Aygün Kazımovanın bağ evində jurnalistlərlə görüşməyi planlaşdıran müğənni Samir Bağırov fikrini dəyişib. Bu barədə müğənni özü Lent.az-a eksklüziv açıqlama verib: “Olduqca gərgin templə İctimai Kanalda ad günümə hazırlaşıram. Çox sağ olsun jurnalistlər, tez-tez zəng vururlar, mənimlə maraqlanırlar. Təəssüflər olsun ki, gərginlik səbəbindən heç kimlə ünsiyyət qura bilmirəm. Jurnalistlərlə Aygün Kazımovanın bağ evində görüşüm alınmayacaq”. Belə ki, müğənni uzun fasilədən sonra 22 avqustda 22:15-də tamaşaçı qarşısına çıxacaq. Həmin gün sənətçinin yanında müğənnilər Aygün Kazımova, Brilliant Dadaşova, Samira, Flora Kərimovanın iştirakı gözlənilir. Proqram boyu Aygün Kazımova ilə Samir Bağırov birlikdə olacaqlar. Dostlar avqust ayında 22-ci ili tamam olan sənət fəaliyyətlərini də qeyd etmiş olacaqlar. Proqramı xalq artisti Flora Kərimova “Azərbaycan” mahnısı ilə bağlayacaq. Müğənninin sevənlərinə daha bir sürprizi – “Son yarpaq” adlı mahnıdır. Rəhim Rəhimlinin Samirə yazdığı bu mahnı elə Bağırovun həyatından bəhs edir. Lalə Yusifqızı |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...