"Səfurə təmiz azərbaycanlıdır..."

Səfurə təmiz azərbaycanlıdır...
Шоу-бизнес 4357
276280607_1safura3031.jpg|--> “Eurovision 2010” təmsilçimiz Səfurə Əlizadə haqqında hələ də müxtəlif fikirlər söylənilir. Təmsilçimiz ölkəmizə 5-ci yeri qazandırdıqdan sonra hətta onun milliyətinə şübhə ilə yanaşanlar da tapılıb. Danışılanlardan təngə gələn Səfurənin anası Nailə xanım qızı haqqında gəzən şayiələrə aydınlıq gətirib: “Mənim qızım təmiz azərbaycanlıdır. Mən də azərbaycanlıyam, atam-anam da azərbaycanlıdır. Atası da azərbaycanlıdır. Təmiz azərbaycanlı nə deməkdir? Məni başa salsınlar. Bilirsiniz, əgər mənim qızımın ürəyində Azərbaycana qarşı vətənpərvərlik hissləri varsa, deməli o, vətəni üçün hər şey edə bilər. Qızım Osloda tədbirlərin birində “Sarı gəlini” oxuduqdan sonra həyəcandan əsirdi. Liftlə öz nömrəmizə qalxanda, Səfurənin bədəninin titrədiyini gördüm və səbəbini soruşdum. Dedi ki, “Sarı gəlin”i ifa edəndə, orada olan ermənilərə qarşı içimdə nifrət baş qaldırdı. Özümdən asılı olmayaraq mahnını onlara acıq verərək ifa etdim. Ermənilər gör bizim neçə mahnımıza yiyələnmək istəyirlər? Onların acığına “Sarı gəlini” oxudum”. Mənim qızımın hələ 17 yaşı var. Onun yaşında olanların çoxu, hətta işğal edilən torpaqlardan qaçqın düşmüş insanların uşaqları bəlkə bilmir bizim neçə rayonumuz işğal olunub. Bəlkə də onlarda ermənilərə qarşı belə nifrət yoxdur. Amma mənim qızım çox vətənpərvərdir”.Səfurənin hələ milli seçimlərdə qalib gəlməsi çoxlu söz-söhbətlərə səbəb olmuşdu. Onun hansısa milyonçunun qızı və ya qohumu olmasından tutmuş, yuxarılarda “day-dayılıq” edəninin varlığından bəhs edilirdi. Nailə xanım bu söz-söhbətlərə də aydınlıq gətirib: “Səfurənin atası Xarici İşlər Nazirliyində çalışır. Həyat yoldaşım nazirliyin adi əməkdaşıdır, heç şöbə müdiri də deyil, rəssam-dizaynerdir. Mən özüm də adi musiqi müəlliməsiyəm. Şayiə yaymaq çox asandır. Bütün bunlar yersiz söhbətlərdir. Məgər vəzifəlinin, milyonçunun uşağının istedadı ola bilməz? Belə başa düşürəm ki, bu söhbətləri ancaq və ancaq gözügötürməyənlər yaya bilər”.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости