Səfurə Əlizadənin yuxusu çin olub

Səfurə Əlizadənin yuxusu çin olub
Шоу-бизнес 8
Saksofon məsələsi isə 18 martda bilinəcək“Mən özümə inandığım üçün bu müsabiqəyə qatılmışdım və inamım da doğru çıxdı, yanılmadım”. Lent.az-ın məlumatına görə, bu sözləri martın 4-ü keçirdiyi mətbuat konfransında “Eurovision 2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edcək Səfurə Əlizadə deyib.Səfurə Əlizadə ölkəsini yarışda yüksək səviyyədə təmsil edəcəyini söyləyib. O, tək səsi ilə yox, gözəl performans göstərərək, görüntü üzrə də fərqlənəcəyini deyib.“Eurovision 2010” təmsilçimiz hələ ilk turda yarışın həyəcanı ilə yuxularını da qarışdırdığını bildirib. Səfurə yuxularından birinin qalib olacağına işarə kimi başa düşübmüş: “Yuxuda gördüm ki, əlimdə mikrofon var, amma nəsə elə bil yerə düşəcək. Ancaq yerə düşməyə qoymadım”.Jurnalistlərin finalda saksofonda ifa edib-etməyəcəyi ilə bağlı sualına isə Səfurə “dəqiq bilmirəm” deyə cavab verdi. Onun sözlərinə görə, musiqi alətinin taleyi seçiləcək mahnıdan asılıdır: “Saksofon əsasən caz musiqisinə uyğundur. Əgər saksofon çalınacaq bir mahnı olsa, əlbəttə ki, fəxrlə musiqi aləti əlimdə çıxaram səhnəyə”.Xəyalə Muradlı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости