Səfurə Əlizadə Robert Pattinsonu öz klipində görmək istəyir

Səfurə Əlizadə Robert Pattinsonu öz klipində görmək istəyir
Шоу-бизнес 3397
269000409_untitled-1-copy.jpg|--> "Eurovision 2010" Mahnı Müsabiqəsindəki təmsilçimiz Səfurə Əlizadə hazırlıq prosesində vaxtını səmərəli keçirir. Təmsilçimizin yeni açılan safura.eurovisiontalents.com veb-saytında gənc ulduzun Stokholmda olarkən şəhəri gəzdiyi, lazım olan alış-verişləri özünün etdiyi və hətta İsveçdə "Änglavakt" filmin premyerasına da getdiyi yazılıb.Məşhur rejissor Johan Brisinger tərəfindən aktrisa İzabella Skorupkonun iştirakı ilə çəkilmiş filmin premyerası Stokholmda baş tutub və Səfurə də qırmızı xalçanın üstünə dəvət olunub. Səfurə premyeradan sonra İsveç mətbuatına müsahibələr verib. "Kino ulduzları ilə bir arada olmaq, İzabella Scorupco ilə görüşmək! Bütün bunlar mənim üçün tamamilə yeni və ağlıma gətirə bilməyəcəyim bir dünyadır. Filmi İsçeçdə çəkilib. Amma mən hər şeyi başa düşdüm və hətta elə təəssüratlandım ki, sonda ağladım", deyə Səfurə bildirib.Səfurə tədbiri tərk edərkən məşhur aktyor Robert Pattinsonun yeni filminin plakatını gördükdə heyrətindən çantasını yerə salıb. "Mən musiqi videomda Robert Pattinsonun çəkilməsini istəyirəm. O mənim üçün son arzuya bənzəyir!", deyə bildirib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости