Səfurə Əlizadə II yarımfinalda 7-ci çıxış edəcək
23
мар
2010
22:42
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
269369650_1268806507_safu11a-4.jpg|--> Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə mayın 27-də keçiriləcək II yarımfinalda 7-ci çıxış edəcək. Bu gün keçirilən püşkatmada müsabiqədə təmsil olunacaq 39 ölkənin sıra nömrələri məlum olub. Hər iştirakçı ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirak etdiyi püşkatmada əvvəlcə mayın 25-də keçiriləcək I yarımfinalda, sonra mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək 34 ölkənin (hər yarımfinalda 17 ölkə), sonda isə birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak hüququ qazanmış beş ölkənin çıxış nömrələri məlum olub.Mayın 25-də keçiriləcək I yarımfinalda Moldova 1-ci, Rusiya 2-ci, Estoniya 3-cü, Slovakiya 4-cü, Finlandiya 5-ci, Latviya 6-cı, Sebiya 7-ci, Bosniya və Hersoqovina 8-ci, Polşa 9-cu, Belçika 10-cu, Malta 11-ci, Albaniya 12-ci, Yunanıstan 13-cü, Portuqaliya 14-cü, Makedoniya 15-ci, Belarus 16-cı, İslandiya 17-ci çıxış edəcək.Mayın 27-də keçiriləcək II yarımfinalda isə ölkələr bu sıralanma ilə çıxış edəcək: Litva (1), Ermənistan (2), İsrail (3), Danimarka (4), İsveçrə (5), İsveç (6), Azərbaycan (7), Ukrayna (8), Niderland (9), Rumıniya (10), Sloveniya (11), İrlandiya (12), Bolqarıstan (13), Kipr (14), Xorvatiya (15), Gürcüstan (16) və Türkiyə (17).Birbaşa final mərhələsində çıxış hüququna malik olan böyük dördlük və builki müsabiqəyə ev sahibliyi edəcək Norveç təmsilçiləri isə mayın 29-da bu sıra nömrələrində çıxış edəcəklər: 2-ci İspaniya, 3-cü Norveç, 12-ci Böyük Britaniya, 18-ci Fransa və 22-ci Almaniya.Qeyd edək ki, yarımfinallarda çıxış edəcək dörd ölkə wild cardla vasitəsilə ilə öz sıra nömrələrini seçmək şansı qazanıb.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...