Rza Zərrabdan restoranda əcaib hərəkət
24
апр
2010
22:49
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| “Cib telefonlarınızı gətirin”Məşhur müğənni Ebru Gündəşlə artıq iki ay yarımdır, evli olan azərbaycanlı iş adamı Rza Zərrab əvvəllər olduğu kimi, evlilikdən sonra da onunla yanaşı şəkil çəkdirməyib. baku.ws-ın xəbərinə görə, bu barədə “Akşam” qəzetində yer alan “Qarson: “Ne alırsınız efendim?” Zarrab: “Cep telefonlarını getirin” adlı məqalədə bildirilib.Qəzet yazır ki, birlikdə olduqları ilyarım müddətində təkcə jurnalistlərin deyil, adi vətəndaşların da cütlüyün şəklinin çəkməsinin qarşısını alan önləyici tədbirlər görülüb.Cütlük keçən həftə “Kemer Country”də axşam yeməyi üçün bir restorana gedib. Onlar fotolarını çəkmək istəyən həvəskar paparatsilərin də həvəsini ürəklərində öldürmək üçün maraqlı üsula əl atıb. Belə ki, ailənin kişisi Rza Zərrab restoranda çalışan bütün işçilərin kameralı telefonlarını yığdırıb. Beləcə, məşhur cütlüyü yenə də çəkmək mümkün olmayıb.Cütlük hələ evlənməzdən əvvəl – keçən il Antalyada dincələrkən də analoji üsula əl atıbmış. Həmin vaxt onlar Antalyadakı otelin lüks nömrəsindən kənara çıxmayıb. Qaldıqları nömrəyə isə orkestr gətirdərək çalıb-oynayıblar. Həmin vaxt nömrəyə daxil olan bütün orkestr üzvlərinin telefonları yığışdırılıb. |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...