Rza Zərrab Günelin evindən çıxarkən görüntüləndi

Rza Zərrab Günelin evindən çıxarkən görüntüləndi
Шоу-бизнес 8
Adı tanınmış müğənnilər Azəri Günel və Ebru Gündəşlə hallanan azərbaycanlı iş adamı Rza Zərrab ilk dəfə kameralara yaxalanıb. Lent.az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, ötən il uzun illər bərabər olduğu Azəri Güneldən ayrılaraq, özündən 10 yaç böyük olan Ebru Gündəşlə eşq macərası yaşayan 26 yaşlı Zərrab ötən il dekabrın 30-da avtomobilinə minərkən görüntülənib. Belə ki, iş adamı həmin gün yerli vaxtla saat 21.00 radələrində Günelin İstanbulun Fulya səmtindəki evinə gedib. Təxminən 1,5 saat Azəri Günelin evində qalan Zərrabın mühafizəçisi bu müddətdə evin qapısında gözləyib. İdman paltarı ilə Günelin evindən çıxan iş adamı son model “BMW” markalı avtomobilinə yaxınlaşıb. Evdən sürətlə çıxan Zərrab oradan uzaqlaşıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости