Rəqsanə 10-cu əməliyyatı keçirəcək !
27
апр
2010
22:32
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
272388406_1247468016_2qeqsane.jpg|--> Plastik əməliyyatlarının sayını gizlətməyən müğənni Rəqsanə son bir neçə ildə 9 dəfə cərrah bıçağının altına düşüb. Bu əməliyyatların əksəriyyəti onun üz nahiyyəsində aparılıb. Müğənninin Milli.Az xəbər portalına bildirdiyinə görə, həmin əməliyyatlardan biri uğursuz keçdiyindən üzündə bəzi məsamələr qalmışdı. Sonrakı əməliyyatlardan bir neçəsi həmin məsamələri bağlamaq üçün nəzərdə tutulsa da, bir o qədər uğurlu nəticə əldə olunmamışdı. Bu səbbədən də o, növbəti, 10-cu əməliyyata hazırlaşır. Müğənninin bildirdiyinə görə, əməliyyatın bu günlərdə aparılması nəzərdə tutulub. Amma o, yerli, yaxud əcnəbi cərraha üz tutacağı barədə hələlik açıqlama vermək istəmir. Amma əməliyyatın eyni səbəb üzündən aparılacağını öyrəndik. Rəqsanənin bu tezlikdə əməliyyat keçirmək istədiyinin başqa səbəbi də var:«Növbəti konsert layihəmin hazırlıqları barədə portalınıza məlumat vermişdim. Hazırlıq işləri yubandığından konsert yaz aylarına təsadüf etdi. Belə bir qərara gəlmişəm ki, əməliyyat konsertə qədər keçirilsin. Proqramı elə qurmuşuq ki, mən tamaşaçının qarşısına üzündə bəzi xırda dəyişiklik edilən bir sənətçi kimi çıxacam».Rəqsanənin konsertini məhz may ayına keçirməsinin özəl səbəbi var. Belə ki, həmin ayın 25-i müğənninin doğum günüdür. O, məhz həmin tarixdə tamaşaçıları ilə birlikdə olmağı və doğum gününü onların əhatəsində keçirməyi planlaşdırıb. Konsertin neçə gün olacağı isə hələ bəlli deyil. Söhbətini eyni mövzuda davam edirən Rəqsanə bunları dedi:«Konsertimin proqramı zəngindir. Burada əsasən klassik mahnılar, muğamlar yer alıb. Eyni zamanda repertuarımdan da mahnılar oxumaq fikrindəyəm. Xəbər verdiyim kimi mən xanəndə Elnarə Abdullayevadan muğam dərsləri almışam. Konsert günü müəlliməmdən öyrəndiklərimi tamaşaçılara canlı, milli alətlərimizin müşayiəti ilə təqdim edəcəm».Bir müddət toylardan, şou-proqramlardan ayrı üşən Rəqsanə bu məhdudiyyəti də aradan götürdüyünü bildirdi.«Artıq el şənliklərində iştirak edir, lazım gələndə şou-proqramlara da qatılıram. Yəni, vaxtilə özüm üçün yaratdığım fasiləni tamamilə aradan qaldırmışam. Hətta bölgələrin də el şənliklərinə qatılıram. Bu yaradıcılığımın bir qoludur və imtina edə bilmərəm. Qarşıda konsertdən əlavə daha bir sıra yaradıcılıq planlarım var. Artıq fasiləyə tamamilə son qoymuşam».Rəqsanə adının ətrafında hallanan borc məsələlərinə də münasibət bildirdi. Müğənninin xatırladığı qədəri ilə heç kimə borcunun olmadığını qeyd etdi. Amma Rəqsanənin fikirlərinin əksini düşünənlər də var.«Mənim əsas borcum bundan əvvəlki avtomobilimə idi. Xatırlayırsınızsa, bunun məhkəmə məsələsi də mətbuata çıxarılmışdı. Mənim bir şirkətin adı ilə kreditə götürdüyüm avtomobilin aylıq borcu bir qədər geçikdiyi üçün üzərimə faiz gəldi. Mən də bütün bunları bağlamaq üçün avtomobilin açarını şirkətə təslim etdim. Bundan başqa olan borclarımı da ödədiyimi düşünürəm. Ola bilsin başım problemlərə qarışıq olduğu ərəfədə kimsə adımdan istifadə edərək, əlavə borc söhbətini ortaya atıb. Amma mən qazandığım pullarla borclarımı ödədədiyimi xatırlayıram. Hazırda idarə etdiyim avtomobilimi də öz puluma almışam və bundan heç kimə borcum yoxdur» - deyə Rəqsanə bildirdi.Boş vaxtlarında övladlarının qayğısına qaldığın bildirən Rəqsanə ana kimi də borcunu yerinə yetirməyə çalışdığını söylədi.«Mən uşaqlara sıx bağlı insanam. Böyük qızım maşallah, böyüyüb və bəzi zamanlarda mənə yardımçı olmağa çalışır. Amma balaca qızım hələ körpədir. Onun ana qayğısına ehtiyacı var. Evdə olmadığım zamanlarda onunla ilgilənənlər var. Anam da mənə həmişə dəstək göstərir. Amma boş zamanlarımda mütləq özüm qızımın qayğısına qalmağa çalışıram. Bundan zövq alıram».XədicəMilli.Az
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...