Rəqqasə Oksana: «Nişanlım məni bu kişilərə qısqanmır»
30
ноя
2010
09:32
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
291055648_0.jpg|--> Rəqqasə Oksana Rəsulova sevgiyə inanmır. O, bu barədə BaKu.ws portalına müsahibəsində danışıb.Dediyinə görə, həyatında bir dəfə uğursuzluğa düçar olduğu üçün sevgiyə inanmır: “Mən sevgi-məhəbbətdən uzaq bir insanam. Həyatımda bir dəfə pis vəziyyət olub, ona görə sevgi-məhəbbətə inanmıram. Düşünürəm ki, məni sevsinlər. Mən niyə başqasını sevməliyəm?!”O.Rəsulova son vaxtlara qədər meyxana ustası Namiq Qaraçuxurlu və repçi Elşad Xose ilə adının hallanmasından təngə gəlidiyini vurğulayaraq, məsələnin mahiyyətinə aydınlıq gətirmək fikrində olduğunu dedi: “Namiq Qaraçuxurlu və Elşad Xose ilə aramızda məhəbbət uçbucağı yoxdur. Onlar sadəcə mənim dostlarımdırlar. Buna məhəbbət uçbucağı deyil, dost üçbucağı deyərdim. Sadəcə olaraq, biz sənət yoldaşıyıq. Aramızda yalnız sənətlə bağlı münasibətlərimiz var”.Oksana nişanlısı Haqay Avenilov haqqında və onunla aralarındakı münasibətlərlə bağlı fikirlərini gizlətmədi. O, gələcək həyat yoldaşının tələblərini də açıqladı: “Hazırda nikahda deyiləm, amma bildiyiniz kimi, ailə qurmaq fikrindəyəm. 2 aydır ki, nişanlanmışam. Həyat yoldaşım bakılıdır, Rusiyada yaşayır və orada da işləyir. Biznesmendir. Onunla tanışlığım elə Rusiyada olduğum zaman baş verib. Münasibətimizi də Rusiyada qurmuşuq. Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Buna görə də ancaq ümumi məsələlərdən, hamının bildiklərindən bəhs edirəm. Bilirsiniz niyə?! Çünki hər sözümü yozurlar".Rəqqasə həmçinin dedi ki, sənət yoldaşları ilə münasibətləri nişanlısı tərəfindən narazılıqla qarşılanmır."Onu da deyim ki, gələcək həyat yoldaşım Elşadı və Namiqi çox gözəl tanıyır. 5 ildir ki, biz bir-birimizi tanıyırıq. O, Elşadı və Namiqi tanıdığı üçün məni onlara qısqanmır. Onun məndən tələbi budur: həmişə ağıllı, başı uca olum, dik durum, heç vaxt küskün olmayım. Nişanlımın sən deyən elə də çox tələbləri yoxdur, çünki necə insan olduğumu əla bilir. Nişanlım bir çox xarici ölkələrə gedib-gəlir. Demirəm ki, yox, olmaz, getmə – axı bütün bunlar onun işidir və lazım gələn yerdə də olmalıdır. Onu da söyləyim ki, nişanlım sənətimlə bağlı heç bir qadağa, məhdudlaşdırıcı tələb irəli sürməyib. Həyat yoldaşımın öz yeri olacaq, sənətimin öz yeri».Rəqqasə yaradıcılıq işlərindən də danışaraq, yeni rəqslər, kliplər və müsabiqələr üzərində çalışdığını söylədi.“Muxtar Abseynov çox gözəl hind musiqisini aranjeman edib. İndi həmin musiqiyə uyğun rəqs hazırlayırıq. İstəyirəm ki, mahnının sözlərini Elşad Xose yazsın. Çünki sözlərin Azərbaycan dilində olmasını istəyirəm. Daha sonra həmin mahnıya klip çəkdirmək fikrindəyəm. Bütün bunlarla yanaşı, hazırda başqa klip üzərində də çalışırıq. Bildiyiniz kimi, indiyədək bir neçə müsabiqədə iştirak etmişəm. Hind rəqslərinə həsr edilmiş müsabiqələrə dəvətlər almışam. Amma iştirakçı olmayacam, münsiflər heyətində əyləşəcəyəm», - deyə O.Rəsulova məlumat verdi.Fuad Mədətov
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...