Rəhim Rəhimli avtomobilini 13 ildir sürücülük vəsiqəsi olmadan idarə edir

Rəhim Rəhimli avtomobilini 13 ildir sürücülük vəsiqəsi olmadan idarə edir
Шоу-бизнес 8
285609532_1198041912_rehim-rehimli1.jpg|--> Azərbaycan estradasının ən modern müğənnisi olan Rəhim Rəhimli artıq 13 ildir avtomobil idarə edir. Amma hər bir sürücüyə xas olan şəkildə deyil, fərqli tərzdə. Müğənni bu barədə Milli.Az xəbər portalına açıqlamasında danışıb.Məsələ burasındadır ki, müğənni avtomobili vəsiqəsiz idarə edir: “Mənim heç bir zaman sürücülük vəsiqəm olmayıb. Baxmayaraq ki, 13 ildən artıqdır avtomobil idarə edirəm. Ancaq sürücülük vəsiqəm yoxdur. Düzdür, ona sahib olmaq o qədər də çətin iş deyil, ancaq nədənsə heç zaman vəsiqəm olmayıb” - deyə müğənni açıqlama verib.Rəhim vəsiqəsinin olmamasının səbəbini avtomobildən nadir hallarda istifadə etməsi ilə əlaqələndirir: “Mütləq vurğulamalıyam ki, mən nadir hallarda özüm maşın sürürəm. Hər zaman sürücüm olub. Bəlkə elə bu səbəbdəndir ki, sürücülük vəsiqəsi almağa ehtiyac duymamışam. Əksər hallarda gecə gəzintilərinə çıxanda avtomobili özüm idarə edirəm”.Yol hərəkət qaydalarını yaxşı bilmədiyini etiraf edən müğənni onu da dedi ki, yol polisləri ilə heç bir zaman problem yaşamayıb: “Heç vaxt Dövlət Yol Polisləri ilə çətinliyim olmayıb. Əgər onlar məni saxlasalar, simamdan tanıyırlar. Axı mən məşhur adamam və bu üzdən yol polisləri hər zaman mənə hörmət edirlər. Onlar maşınımı saxlayıb məni görəndə cərimə etmədən buraxırlar. Bəlkə də onların heç ağlına gəlmir ki, Rəhim Rəhimli avtomobili sürücülük vəsiqəsiz idarə edir (gülür).Sonda bildirək ki, avtomobili tək idarə etməyən və hər zaman yanında sürücü aparan Rəhim Rəhimlinin maşınının markası “BMV - X5”-dir. Türkan Məmmədli
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости