Röyanı aldadaraq, 6 min dollarını alıblar?

Röyanı aldadaraq, 6 min dollarını alıblar?
Шоу-бизнес 1

Son günlər medianın diqqəti müğənni Röyanın klas orkestrin müşaiyəti ilə verəcəyi konsertdədir. Az qala konsert baş tutmayacaqmış. Mənbə xəbər verir ki, orkestrin musiqiçiləri Röyadan 6 min dollar pul aldıqdan sonra aradan çıxıblar. Çətin vəziyyətə düşən müğənni xalq artisti Teymur Göyçayevdən kömək istəyib. Bundan sonra Röya Teymur Göyçayevin rəhbərliyi altında musiqiçilərlə məşğul olacaq. Əməkdaşımız müğənninin prodüseri Kənanla əlaqə saxlayıb. Eşitdiklərindən təəccüblənən Kənan yayılan xəbərə belə münasibət bildirib: - “Belə hal heç vaxt baş verə bilməz! Konsert olub ki, bəyəm, orkestrə pul verilsin? Hələ ki, məşqlər davam edir. İndi hansı zəmanədir ki, pulu alıb iş görməsinlər. Mən hələ heç kimə pul verməmişəm.”

show.az

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости